ABŞ-ın verdiyi silahları PKK-ya ötürən terrorçu tutularaq Türkiyəyə gətirilib

11.02.2016 11:42     Dünyadan reaksiya     962

ABŞ-ın terrorçu İŞİD qruplaşmasına qarşı mübarizə məqsədi ilə verdiyi silahları terrorçu PKK və onun Suriyadakı qolu "PYD"yə verən "Terzi" təxəllüslü terrorçu Mosulda tutularaq, Türkiyəyə gətirilib.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, "Terzi" ABŞ ordusunun verdiyi silahların bir qismini "PYD"-yə, qalanını isə PKK-ya göndərirmiş.
 
Xəbərə əsasən, onun həbsi ilə ABŞ-la terrorçu PKK-nın çirkli işbirliyinin aşkarlandığı ehtimal edilir.
 
Qeyd edək ki, ötən gün ABŞ prezidenti Barak Obamanın müşaviri, Ağ evini terrora qarşı mübarizə məsələləri üzrə mütəxəssisi Brett Makkurk bu günlərədə Suriyanın Ayni-ül-Ərəb (Kobani) şəhərinə gedərək, orada özünü "komandir" kimi tanıdan Polat Canla şəkil çəkdirmişdi.
 
İnformasiyaya əsasən, Brett Makkurkun silahları PKK və "PYD" arasında paylaşmasını təşkil etdiyi müəyyən olunub.

Şərhlər

Çox oxunanlar