Türkiyə şokda - İki qəzet redaksiyasına eyni vaxtda silahlı hücum

11.02.2016 11:59     Dünyadan reaksiya     1128

Türkiyədə "Yeni Şafak" və "Yeni Akit" qəzetlərinin ofislərinə silahlı və "Molotov kokteylli" basqın nəticəsində binaya və redaksiyaya ziyan dəyib.
 
“Reaksiya” “Faktxeber.com”-a istinadən xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
 
Məlumata görə, basqınlar eyni vaxtda olub. Üzləri maskalı 5 nəfər "Yeni Şafak" qəzetinin binası önünə gedərək, əllərindəki "Molotov kokteylləri"ni redakisyanın girişinə atdıqdan sonra tüfənglə ofisə doğru atəş də açıblar. Eyni vaxtda "Yeni Akit" qəzetinin binasına da "Molotov kokteyli" atılıb, ofis atəşə tutulub.
 
"Yeni Şafak"ın ofisi İstanbulun Bayrampaşa rayonunda, "Yeni Akit" isə şəhərin Küçükçekməcə bölgəsində yerləşir.
 
Hadisə ilə bağlı polis araşdırma aparır.
 
Yeni Şafak ve Yeni Akit gazetelerine eş zamanlı saldırı
 
Yeni Şafak ve Yeni Akit gazetelerine eş zamanlı saldırı
 
Yeni Şafak ve Yeni Akit gazetelerine eş zamanlı saldırı
 
Yeni Şafak ve Yeni Akit gazetelerine eş zamanlı saldırı
 

 

Şərhlər

Çox oxunanlar