Davudoğlu xarizmatik divin kölgəsində
30.05.2015 17:55 Dünyadan reaksiya 649
Dünyanın nüfuzlu media orqanlarından olan “Financial Times” Türkiyənin başnaziri Əhməd Davudoğlunun seçim kampanyasını prezident Rəcəb Tayyib Erdoğanın kölgəsində qaldığını yazıb.
Daniel Dombey imzalı məqalədə AKP “Yaxın şərqin ən uğurlu partiyası” kimi təqdim olunub. Bundan başqa, Davudoğlunun mitinqlərdə ən böyük alqışı Erdoğan adını çəkndə aldığını ifadə edilib.
Dombey öz haqqı ilə seçilmək istəyən Davudoğlunun, “Türk siyasətini 10 ildir dominə edən xarizmatik divin kölgəsində qaldığı” ilə fikir bildirib.
Yazıda keçmiş AKP tərəfdarı olan yazıçı - jurnalist Mustafa Akyolun da fikirləri səsləndirib. Akyol, “Davudoğlu ilə Erdoğanımn hələ də eyni gəmidə olduqlarını, ancaq Davudoğlunun bəzi məsələlərdə məsafəli davrandığını qeyd edib.
Yazıda Akyol AKP içində prezidentlik üsuli – idarəsi məsələsində tərəddüd içində olanların olduğunu bildirib və onu da qeyd edib ki, “qabağa getmək üçün Erdoğan kimisə gəmidən ata bilər”.
Məqalədə səs – küy doğuracaq iddialara da yer verilib. Belə ki, AKP – li bir millətvəkilinin sözlərini əsas götürərək, Dombey Erdoğanın partiyanın payızda keçiriləcək qurultayda Davudoğlunu vəzifədən uzaqlaşdıracağı bildirilib.
“Financial Times”dəki yazıda Erdoğanın hal-hazırdakı hökümətin bəzi gedişlərini bəyənmədiyi də xüsusi olaraq vurğulanıb.
Şərhlər