Ermənilərin arzusu ürəyində qaldı (VİDEO) - Yekun təsisatlarda Dağlıq Qarabağa yardıma aid heç bir istinad yoxdur. - VİDEO

11.02.2016 14:51     Dünyadan reaksiya     1085

İşğalçı rejimə yardımın dayandırılmasına görə ABŞ-da yaşayan ermənilər toplaşmağa hazırlaşır.

ANS TV-nin məlumatına görə, Amerika Birləşmiş Ştatlarının 2017-ci ilin dövlət büdcəsi layihəsində Dağlıq Qarabağdakı işğalçı rejimə yardım üçün vəsaitin nəzərdə tutulmaması diplomatlarımızla yanaşı, Birləşmiş Ştatlardakı diaspor təşkilatının da uğurudur. 

Diaspor təşkilatları mütəmadi olaraq konqres və Birləşmiş Ştatların hökumət dairələrində bununla bağlı iş aparır, amerikalılara həqiqəti göstərməyə çalışırlar. Azərbaycan Amerika Cəmiyyətinin Vaşinqton təmsilçisi Leyla Aslanova hesab edir ki, konqresin qəbul etdiyi yekun təsisatlarda Dağlıq Qarabağa yardıma heç bir istinad yoxdur. 

“Biz ABŞ-dakı Azərbaycan cəmiyyəti olaraq Qarabağla bağlı olan həqiqətləri ABŞ dövlətinə və hökumətinə çatdırmalıyıq. Bununla bağlı hazırda nəticələr var. Yardımın kəsilməsi də bunun bariz nümunəsidir”, - deyə Leyla Aslanova vurğulayıb.

ABŞ-dakı erməni lobbisinin dəstəyi ilə separatçı rejimə Dağlıq Qarabağdakı münaqişə qurbanlarına yardım adı altında verilən maliyyənin kəsilməsini həm də Obama administirasiyasının Azərbaycanın haqq səsini eşitməsi kimi də dəyərləndirmək olar.

İki ilə yaxın Azərbaycanda diplomat işləmiş, indi isə Dövlət Departamentinin əməkdaşı olan Liliya Lally deyir ki, Amerika administirasiyasının qərarları aşardırmalara əsaslandığı üçün yardımın kəsilməsinə də adi baxmaq lazımdır. 

“Amerika hakimiyyəti müharibəyə dəstək ola bilməz. Amma biz iki ölkənin bir-biri ilə dost şəraitində yaşamasını istəyirik. İnanırıq ki, bu nə zamansa olacaq”, - deyə diqqətə çatdırıb. 

Yardımın ayrılması bu günə kimi erməni lobbi təşkilatının konqresə təsiri nəticəsində baş tuturdu. Son 3 ildə vəsait ayrılmasına nail ola bilməyən ermənilər açıq etiraf etməsələr də uğursuzluğa düçar olublar. Amma onlar təslim olmayaraq səylərini davam etdirir və bu yardımın bərpası üçün yollar araşdırırlar. Amerika Erməni Milli komitəsinin mart ayında bu məqsədlə böyük toplantı keçirəcəyi də açıqlanıb. Öz növbəsində Azərbaycan da müvafiq addımlarını atır.

Şərhlər

Çox oxunanlar