Zimbabvenin kişi prezidentindən Obamaya evlənmə təklifi
01.07.2015 16:50 Dünyadan reaksiya 2027
Homoseksual evliliyi ABŞ-ın bütün əyalətlərində qanuniləşdirən və böyük əks-səda doğuran qərardan sonra çıxışında “Sevgi sevgidir” deyən Prezident Obamaya maraqlı təklif gəlib.
Axar.az xəbər verir ki, homoseksuallığın “qadağan” olduğu Zimbabvenin prezidenti Robert Muqabe ABŞ Prezidenti Barak Obamaya evlilik təklif edəcəyini açıqlayıb. Bir radio proqramında qonaq olan 91 yaşlı prezident zarafatla belə açıqlama verib:
“Bir az əvvəl qərar verdim. Homoseksualların haqlarını müdafiə etdiyinə və cazibədar görünüşü olduğuna görə ABŞ-ın paytaxtı Vaşinqtona gedəcəyəm və qarşısında diz çöküb Obamaya evlənmə təklif edəcəyəm”. Xatırladaq ki, bir ara ciddiləşən və insanların Hz. İsanın fikirlərinə necə qarşı çıxa bildiyini anlamadığını deyən prezident Vaşinqtonun da “ABŞ xalqını təhqir edən satanistlər” tərəfindən idarə olunduğunu demişdi.
Şərhlər