Putin 10 generalı işdən qovdu - Rusiya prezidenti güc strukturlarında islahatlar edib.
11.02.2016 16:09 Dünyadan reaksiya 1108
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin müxtəlif güc strukturlarında xidmət edən on generalı vəzifəsindən azad edib.
ANS PRESS-in məlumatıan görə, Vladimir Putin dövlətin güc strukturlarında, FHN , DİN ,Rusiya Federasiyasının Narkotiklərin Dövriyyəsinə Nəzarət Komitəsində bir sıra islahatlar həyata keçirib.
Bövlət Başçısı Çeçenistan İstintaq Komitəsinin Başçısı Sergey Devyatovu, Moskva Baş İstintaq Komitəsinin müdir müavini Aleksey Zyazevi, Fövqaladə Hallar Nazirliyinin Aparat Rəhbəri Robert Kireevi, Rusiya Federasiyasının Kirov vilayətinin Narkotiklərin Dövriyyəsinə Nəzarət rəisi vəzifəsindən Vadim Konolovanı, Moskva üzrə rəisi Ural Latıpovanı vəzifəsindən azad edib.
Tomsk vilayəti üzrə FHN rəisi vəzifəsinə Mixail Bequn təyin edilib. DİN-nin Korrupsiya ilə mübarizə Baş İdarəsinin rəisinin birinci müavini vəzifəsinə Vladislav Qorqavçev, DİN-nin Şimali Qafqaz regional daxili qoşunlar komandanı vəzifəsinə isə Oleq Kozlov, Kemerovski regionu Baş İstintaq Komitəsinin Rəhbəri vəzifəsinə Sergey Kalinkin, Çelyabinski regionu üzrə rəhbəsi vəzifəsinə isə Denis Çerniyatov təyin edilib.
Şərhlər