İstanbulda qoca ermənini öldürən ermənilər tutuldu. - VİDEO

11.02.2016 18:18     Dünyadan reaksiya     1124

İstanbulda erməni ailəsinə basqın edib, 85 yaşlı əri öldürüb, arvadını yaralayan ermənilər tutulub. 
 
APA TV-nin Ermənistan saytlarına istinadən xəbərinə görə, onlar çoxlu qızıl-zinət əşyaları və pul aparıblar.
 
Ermənistanın Xarici İşlər Nazirliyi Türkiyənin İstanbul şəhərində erməni ailəsinə basqın edib, qətl törədənlərin ermənilər olduğunu təsdiqləyib.
 
Nazirlikdən bildirilib ki, proses izlənilir, amma Ankara ilə İrəvan arasında diplomatik münasibətlərin yaxşı səviyyədə olmaması səbəbindən konkret açıqlama vermək çətindir.
 
Türk polisinin qətldə təqsirli bildiyi və saxladıqları şəxslərin adlarını açıqlayıb. Onlar Artur, Aram, Sergey, Marianna, Lida, Narqis, Arminə və Kristina adlı şəxslərdir.
 
Göründüyü kimi, 7 cinayətkardan dördü qadındır. İstanbulda nəşr olunana "Aqos" qəzeti onların yaşlı ər-arvadın evinə silahlı basqın etdiklərini yazıb. Qətli törətdikdən sonra dəstənin 3 üzvü Trabzona qaça bilsə də, onlar da ələ keçib.

Şərhlər

Çox oxunanlar