Yerevan etirazçıları Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib
01.07.2015 16:23 Dünyadan reaksiya 1770
Yerevanda elektrik enerjisi tariflərinin bahalaşmasına qarşı keçirilən oturaq etiraz aksiyasının dağıdılması zamanı xəsarət alan 16 Ermənistan vətəndaşı Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu barədə şikayətçilərdən biri, “Məlumatlı vətəndaşlar ittifaqı” İctimai Birliyinin kordinatoru Daniel İonesyan bildirib.
Onun sözlərinə görə, şikayət iki gün qabaq göndərilib: “Şahidlərin ifadələri və güc tətbiq edilməsi ilə bağlı dəlillər təqdim edilib. Şikayətçilər arasında jurnalistlər də var. Hələlik cavab gəlməyib”.
Prosedurlara görə, Avropa Məhkəməsindən Ermənistan hökumətinə bununla bağlı sorğu göndərilməlidir.
D.İonesyan qeyd edib ki, məhkəməyə müraciətdən sonra polis etirazçılarla ehtiyatlı davranır: “Bununla, hökumət güc tətbiq edilməsi ilə bağlı iddiamızı inkar etmək istəyir”.
Şərhlər