​Moskvada Ermənistanın 3 vətəndaşı quldurluq etdiklərinə görə tutulublar

11.02.2016 19:31     Dünyadan reaksiya     842

 Moskvada ardıcıl qarətlərdə şübhəli bilinən Ermənistanın 3 vətəndaşı Rusiyanın paytaxt polisləri tərəfindən saxlanılıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Moskvanın hüquq-mühafizə orqanları məlumat yayıb.

Məlumata görə, onlar Moskvada tapança ilə hədələyərək, mənzilin yiyəsindən qızıl-zinət əşyaları, pul və avtomobilin açarı və sənədlərini alıblar. Qarətçilər sonra gizləniblər.

Cinayət-axtarış əməliyyatı nəticəsində onlar Krasnodar diyarında tutulublar. 

Şərhlər

Çox oxunanlar