22 yaşlı Şamma Əl-Mazrui dünyada ən gənc nazir oldu
11.02.2016 21:28 Dünyadan reaksiya 945
Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazir, Dubay Əmiri Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktum federal hökumətin yeni tərkibini təsdiq edib.
Hökumətin tərkibinə ölkənin gənclər naziri təyin olunan 22 yaşlı Şamma Əl-Mazrui də daxildir.
Tolerantlıq məsələləri üzrə yeni nazir vəzifəsinə Şeyxa Lyubna bin Xalid Əl-Qasimi təyin edilib. O, bundan əvvəl beynəlxalq əməkdaşlıq və inkişaf naziri olub. Ölkə tarixində ilk xoşbəxtlik naziri isə Ohud bin Həlfan Əl-Rumi təyin edilib. O, xoşbəxt cəmiyyət quruculuğu məsələləri ilə məşğul olacaq.
Ümumilikdə, hökumətin 12-ci heyətində 8 yeni nazir var, onlardan 5-i qadındır. Qadınların orta yaşı 38-dir.
AZƏRTAC
Şərhlər