Əhməd Davudoğlu Ukraynaya gedir

11.02.2016 21:39     Dünyadan reaksiya     893

Türkiyənin baş naziri Əhməd Davudoğlu fevralın 15-də Ukraynaya səfər edəcək. Musavat.com xəbər verir ki, məlumatı RİA “Novosti” Ukraynanın hökumət başçısı Arseni Yatsenyuka istinadən yayıb. 
 
“Bazar ertəsi Türkiyənin baş nazirini rəsmi səfərlə qəbul edəcəm”, - Yatsenyuk bildirib. 
 
Qeyd edək ki, bundan əvvəl Ukraynanın xarici işlər naziri Pavel Klimkin Ukraynanın Türkiyəni Krım üzrə danışıqlara dəvət etmək niyyətini açıqlamışdı. 
 
Musavat.com

Şərhlər

Çox oxunanlar