Rusiyanın müharibə təklifi

11.02.2016 21:46     Dünyadan reaksiya     1229

Birləşmiş Ştatlarda isə hesab edirlər ki, Moskva bununla vaxt qazanmağa çalışır.

Rusiya martın 1-dən Suriyada atəşkəs elanı təklif edib. ANS PRESS-in məlumatına görə, Rusiyanın bu barədə nəzərdə tutulan planı ABŞ rəhbərliyinə təqdim edib.

Ancaq ABŞ rəsmiləri atəşkəsin dərhal başlanmasını, döyüş zonalarında qalan dinc sakinlərə humanitar yardımın tamamilə təmin edilməsini istəyir.

Vaşinqton hesab edir ki, rusiyalılar özlərinə və Suriya ordusuna vaxt ayırmaqla atəşkəsdən öncə müxalifət qüvvələrinə quru hücumları etmək, qiymətli əraziləri ələ keçirmək məqsədi güdür.


Sergey Lavrov və Con Kerri

Rusiyanın BMT-dəki səfiri Vitali Çurkin qeyd edib ki, Rusiya və ABŞ rəsmiləri Münhendə Suriyada atəşkəs barədə çox vacib danışıqlar aparıblar. Bu həftə Almaniyada Münhen təhlükəsizlik konfransı keçirilir. Konfransda Suriya məsələsi də gündəmdədir.



Rusiya xarici işlər naziri Sergey Lavrov da planlarını ABŞ-a təqdim etdiklərini və müsbət cavab gözlədiklərini bildirib. Rusiya və ABŞ xarici işlər nazirlərinin bu gün Almaniyada Beynəlxalq Suriya Dəstək Qrupu Xarici İşlər Nazirləri Yığıncağında bir araya gəlməsi gözlənilir. Toplantıda Türkiyəni xarici işlər naziri Mevlüt Çavuşoğlu təmsil edəcək.


Mevlüt Çavuşoğlu

Toplantıda çıxış edən Əhməd Davudoğlu bir sıra məsələlərə - Suriya münaqişəsi, Rusiyanın ittihamları, ölkənin şərqindəki terror hadisələrinə münasibət bildirib.


Ə.Davudoğlu AKP-nin toplantısında

O, Rusiyanın Suriya ərazisinə atdığı bombaların hamısı haqqında məlumatlı olduqlarını deyib. "Əlimizdə Rusiyanın atdığı hər bombanın hara düşməsi barədə məlumat var. Onların 90 faizi mülki şəxslər və danışıqlara meylli olan müxalifətin üzərinə düşüb. Ancaq 10 faiz İŞİD-ə təsadüf edib. Bunu ABŞ, BMT, beynəlxalq ictimaiyyət də bilir. Artıq buna bir "dur" demək zamanı çatıb".

Şərhlər

Çox oxunanlar