Çavuşoğlu: ABŞ səhv etdiyini başa düşüb
12.02.2016 00:28 Dünyadan reaksiya 954
Türkiyə Vyana və Cenevrə toplantılarına dəstək verir.
“ABŞ bu günə qədər Rusiyaya inanmaqda səhv etdiyini artıq anlayıb”. ANS PRESS-in məlumatına görə, bu sözləri Türkiyənin xaici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O, Rusiya və ABŞ arasında İŞİD və Suriyanın gələcəyi ilə bağlı heç bir koordinasiyanın olmadığını deyib
Çavuşoğlu Türkiyə Böyük Millət Məclisinin, Büdcə Komisiyasının və Xarici İşlər Nazirliyinə bağlı qurumların 2016- cı il büdcəsi ilə bağlı sualları da cavablandırıb.
Nazir Türkiyənin ABŞ ilə İŞİD məsələsində eyni fikirdə olduğunu diqqətə çatdıraraq, bildirib ki, “ Əsədin getməsi ilə bağlı fikirlər eynidir: "Bunun üçün siyasi həll yollarından istifadə edilməlidir".
Türkiyənin Vyana və Cenevrə toplantılarına dəstək verdiyini xatırladan Çavuşoğlu bildirib ki, humanitar yardımların çatdırılması üçün mühasirələrin aradan qaldırılması vacibdir. onun sözlərinə görə, bütün bunların olması üçün Rusiya aviazərbələri dayandırmalıdır.
Suriyadakı müxalifəti 114 ölkənin qanuni müxalifət elan etdiyini nəzərə çatdıran nazir ABŞ-la Rusiyanın İŞİD məsələsində eyni fikirdə olmadığını və bu günə qədər ABŞ-ın Rusiyaya inanmaqda səhv etdiyini bildirib. Bundan başqa, ABŞ-dan fərqli olaraq Rusiya və İranın Əsədin qalmağını istədiyini diqqətə çatdırıb.
Şərhlər