Türkiyədə yalnız qadınlara xidmət edən taksi xidməti açıldı

12.02.2016 14:35     Dünyadan reaksiya     872

Türkiyənin Sivas şəhərində yalnız qadınlara xidmət edəcək “Çəhrayı taksi” işə başlayıb.
 
Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, qadın sürücülərin idarə edəcəyi taksi xanımların istədikləri yerə daha gedə bilməsi məqsədilə yaradılıb.
 
Sivas Bələdiyyəsinin açıqlamasına görə, “Terminal” taksi dayanacağının sahibi Gökhan Şimşək bu təkliflə bələdiyyəyə müraciət edib və onlar da ona lisenziya verib: “Bu təklifə laqeyd yanaşa bilməzdik. Bu taksiyə ancaq xanımlar və ailələr minəcək. Bununla vacib bir boşluq dolmuş olacaq”.

Şərhlər

Çox oxunanlar