Türkiyədə azərbaycanlıların işlədiyi gəmidə maaş böhranı (FOTO) - 10 işçi 3 aylıq əmək haqlarını ala bilmədikləri üçün tətilə başlayıb.

12.02.2016 15:13     Dünyadan reaksiya     1311

Türkiyəyə azərbaycanlıların da çalışdığı gəmidə tətil başlayıb. ANS PRESS-in Türkiyə mtbuatına istinadla verdiyi məlumata görə, quru yük gəmisi olan "Dəniz M" İstanbulunTuzla rayonunda sahildədir. Gəmidə çalışanlar arasında azərbaycanlılar da var. 

Heyətin bir hissəsi 3 aydır maaşlarının verilmədiyini və tətili də bu məqsdələ keçirdiklərini deyiblər. "İskəndərun Gemicilik" şirkətini məxsus gəmi son olaraq yanvar ayında Bəhreyndən Mərakeşə yük aparıb. 
Onlar öz şikayətlərini Tuzla Sahil Təhlükəsizlik Xidmətinin əməkdaşlarına çatdıraraq, bildiriblər ki, 28 yanvarda Bəhreyndən Mərakeşə yükdaşıma həyata keçirdikdən sonra yenidən Türkiyəyə qayıdıblar.

Şirkət rəhbərliyi Anadolu Ədliyyə Sarayının növbətçi prokurorluğuna şikayət edib. Prokurorluğun təlimatı ilə gəmiyə Sahil Təhlükəsizlik Xidməti əməkdaşları göndərilib və tətil edən 10 nəfərin ifadəsi alınıb. Maaş tələbi ilə tətilə başlayan mühəndislər, ikinci kapitan, göyərtə rəisi və başqaları 3 aya görə 80 min dollar maaş almalaı olduqlarını deyiblər. 


Tətil keçirən işçilər


“Biz artıq 3 aydır ki, maaş almırıq. Gəminin məxsus olduğu şirkət şikayətimizə əhəmiyyət vermir. Biz çıxılmaz vəziyyətdə qalmışıq və 10 nəfər etiraz əlaməti olaraq tətilə başlayıb. Rəhbərlik isə bizim şikayətlərimizi dinləmək və maaşlarımızı ödəmək əvəzinə bizi gəminə ələ keçirməkdə günahlandırararaq Sahil Təhlükəsizlik xidmətinə şikayət ediblər” deyə etirazçılar bildiriblər.

Gəminin kapitanı Cəmil Atış və digər 12 nəfər, əksəriyyəti azərbaycanlılar olmaqla digər ekipaj üzvləri gəmini tətil başlamamaış tərk ediblər. Onlar etiraz aksiyasına qoşulmamağa qərar verib.


Azərbaycanın baş konsulluğundan isə bu barədə məlumatsız olduqlarını bildiriblər.

Şərhlər

Çox oxunanlar