İsrail Misirlə sərhəd-keçid məntəqələrini bağladı - İŞİD həyəcanı
01.07.2015 17:05 Dünyadan reaksiya 1794
Misirin Sinay yarımadasında olan təhlükəsizlik məntəqələrinə İŞİD tərəfindən edilmiş hücumlardan sonra, İsrail təcili şəkildə bu ölkə ilə olan sərhəd-keçid məntəqələrini bağlayıb
Reaksiya.Az "Jeusalem Post" istinadən xəbər verir ki, İsrailin "Nitzana" və "Kerem Şalom" sərhəd-keçid məntəqələri qapadılıb, həmin məntəqələrdə təhlükəsizlik tədbirləri gücləndirilib.
İŞİD Sinay vilayətində 15 təhlükəsizlik məntəqəsinə hücum edib, 3 intiharçı partlayışı edib, xeyli əsgər əsir götürüb. Bu barədə İŞİD-in Misirdəki qruplaşması da məsuliyyəti öz üzərinə götürüb.
Hadisə nəticəsində ən az 50 nəfərin öldürüldüyü bildirilir.
Rəsmi açıqlamalara görə, təhlükəsizlik xidmətinin 20 əməkdaşı öldürlüb. 40 nəfər yaralanıb, həmçinin 10 əsgərin öldüyü və ya yaralandığı bildirilir. Ordudan bildirilib ki, 70 nəfərdən ibarət İŞİD silahlı dəstəsi 5 yoxlama məntəqəsinə hücum edib, onlardan 22-sini öldürmək mümkün olub.
Şərhlər