Amerika İŞİD-in məhvi üçün plan hazırlayır

12.02.2016 16:25     Dünyadan reaksiya     832

Amerika, İraqda və Suriyada terror qruplaşması olan İŞİD-in məhvi üçün plan hazırlayır.
 
Musavat.com xəbər verir ki, bu barədə məlumat “Reuters” agentliyində yer alıb.
 
Pentaqonun nümayəndəsi bildirib ki, yaxın günlərdə müdafiə nazirliyi bu planı Konqresə təqdim edəcək.
 
Barak Obamanın 2016-cı il hərbi xərclər qanununa əsasən imzaladığı sənəd, fevralın 15-nə qədər hazır olmalıdır.
 
Amerika administrasiyası İŞİD ilə mübarizə üçün 2017-ci ildə  7.5 milyard dollar vəsait ayırmağı planlaşdırır.

Şərhlər

Çox oxunanlar