Şahzadənin əkiz övladları olacaq (FOTO)
12.02.2016 21:13 Dünyadan reaksiya 1119
Kembric hersoginyası Keyt Middlton əkiz qız anası olmağa hazırlaşır.
Şahzadə Keyt Middlton ana olmağa hazırlaşır. ANS PRESS-in məlumatına görə, Kembric hersoginyası Keyt Middltonun əkiz qız anası olacaq.
Öncədən verilmiş məlumata görə, şahzadə Uilyam xanımının növbəti dəfə övlad dünyaya gətirəcəyi xəbərinə heç də xüsusi entuziazmla yanaşmamışdı.
O, növbəti dəfə ata olmaq üçün bir neçə il gözləməyi üstün tuturdu. Hazırda isə şahzadənin əhvalı haqqında KİV-də daha geniş məlumat yer alıb.
Belə ki, Keyt ona USM-in nəticələrini göndərəndən sonra şahzadə həyat yoldaşına zəng vuraraq söyləyib: "Sən zarafat edirsən? Biz hazırda daha bir uşağa sahib ola bilmərik".
Mənbələr Middltonun hamiləlik müddətini də dəqiqləşdiriblər – 12 həftə. Həmçinin cütlüyün Anmer-Hallda yerləşən şəhərkənarı rezidensiyaya köçməyi planlaşdırdığı da söylənilir.
Şahzadə Uilyam və Keyt Midlton
Middltonun hamiləliyi ilə bağlı xəbər mətbuata ötən həftə düşüb. Xəbərdə hersoginyanın hamiləliyi çətin keçirdiyi, hər səhər baş verən ürəkbulanmalara görə rəsmi tədbirlərdə iştirak qrafikində dəyişiklik etdiyi söylənilirdi.
Lakin hamiləlik xəbərinə rəsmi olaraq kraliça ailəsindən kimsə şərh verməyib. Bu, çox güman ki, Keytin hamiləliyi ilə bağlı xəbərlərin mətbuatın gündəminə tez-tez gəlməsi ilə bağlıdır. Son yarım il ərzində hersoginyanın ana olacağı ilə bağlı iki dəfə xəbər yayılıb. Ötən ilin senytabrında yayılan xəbərə saraydan inkar cavabı gəlsə də, Yeni ildən dərhal sonra yayılmış xəbər diqqətdən kənar qaldı.
Şərhlər