"Erməni xalqı Ağdərə və Xocavənddən real tərəfdaşın..." - Sarqsyan

13.02.2016 02:29     Dünyadan reaksiya     1168

Ermənistan prezidenti Serj Sarqsyan Türkiyə ilə münasibətlərin yoluna qoyulması üçün bir yol görmədiyini bəyan edib.

Reaksiya.info Report-a istinadən xəbər verir ki, bu barədə o qanunverici icra və məhkəmə hakimiyyəti, ərazi idarəetmə və yerli özünüidarəetmə orqanlarının nümayəndələri ilə görüşü zamanı bildirib.

"Hazırda Türkiyə ilə qarşılıqlı münasibətlər məsələsində hər hansı bir irəliləyiş üçün bir fürsət görmürəm. Biz 25 ildir ki, bu şəraitdə yaşayırıq, artıq buna alışmışıq və vərdiş etmişik. Biz inkişafımızı bu problemin həlli ilə bağlamamışıq və bağlamırıq", — deyə Sarqsyan qeyd edib.
Erməni prezident ölkəsinin Qarabağ problemi həll olunmayınca və Türkiyə tərəfindən blokada aradan qaldırılmayınca yaxşı yaşamayacağı fikrini qeyri-məqbul adlandırıb. O qeyd edib ki, ölkənin idarə olunmasında yaranan çatışmazlıqlar bununla əlaqədar deyil.

Sarqsyanın fikrincə, erməni xalqı şərqdə Ağdərə və Xocavənddən (Azərbaycan istiqamətində) və qərbdə Gümrü və Armavirdən (Türkiyə istiqamətində) real tərəfdaşın olmaması fikrinə alışmalıdır.

"Biz bu günədək onlarsız yaşamışıq və öz inkişafımızın böyük və ya kiçik tempini onlarsız təmin etmişik. Hesab edək ki, bu istiqamətlərdə dərin və keçilməz böyük bataqlıq yerləşir", — deyə o bildirib.

Saqsyan eyni zamanda ölkəsinin İran və Gürcüstanla yaxşı münasibətlərdə olduğunu diqqətə çatdırıb. 

Şərhlər

Çox oxunanlar