Təyyarə qəzaya uğrayıb, ölənlər var

13.02.2016 02:49     Dünyadan reaksiya     1396

ABŞ-ın Florida ştatı sahillərində yüngül motorlu “Piper” təyyarəsi qəzaya uğrayıb.

 

APA-nın “Rosbalt” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində təyyarənin göyərtəsində olan 67 yaşlı kişi və 60 yaşlı qadın ölüb. Hələlik onların kimliyi barədə məlumat verilmir.

 

Fevralın 12-ə keçən gecə Meksika körfəzində qəzaya uğrayan təyyarəni xilasedicilər bu gün aşkar ediblər.

 

Faktla bağlı ABŞ Federal Mülki Aviasiya İdarəsi (FAA) və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) araşdırma aparır. 

Şərhlər