​Terrorçu PKK-ya silah dəstəyi verən ölkələrin adları açıqlanıb

13.02.2016 12:06     Dünyadan reaksiya     1537

Terrorçu PKK qruplaşmasına 20-yə yaxın ölkə silahla dəstək verir.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
 
Məlumata görə, terrorçu PKK-nın Türkiyədə uşaqları, qadınlar və başqa dinc sakinləri öldürdüyü silahların çoxu Rusiya, keçmiş SSRİ-nin siyasi-ideoloji blokuna aid Şərqi Avropa ölkərləri və Çində istehsal olunub. Bir qisim silah-sursat isə ABŞ, Almaniya, Britaniya, İtaliya və İspaniya silah şirkətlərinin - hərbi sənayesinin məhsullarıdır.
 
Terrorçuların Türkiyədə partlayışlar törətdiklər plastik partılayıcılar isə Portuqaliyada istehsal edilib. Bundan başqa, PKK silahlılarının əlində İran-İraq müharibəsi zamanından qaldığı iddia edilən partlayıcı maddə və qurğular da var.
 
"SA" ("Yer-Hava"), "SAM-7", "Strela", "İqla" tipli raketlər başda Rusiya və Ermənistan olmaqla, Şərqi Avropa bloku ölkələri, İran də Suriya istehsalıdır.

Şərhlər

Çox oxunanlar