İran təbii qazın ixracı ilə bağlı Türkiyəyə vurduğu ziyanı ödəyəcəyini bəyan edib

13.02.2016 12:59     Dünyadan reaksiya     1169

Beynəlxalq Arbitraj Məhkəməsinin Türkiyənin lehinə verdiyi qərarı qəbul edirik.
 
“APA-Economics”in “Milliyet” qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyəyə səfər edən İran xarici işlər nazirinin müavini İ.Rəhimpur iki ölkə arasında təbii qaz qiymətləri ilə bağlı yaranan narazılığa münasibət bildirərkən deyib.
 
“Türkiyənin lehinə verilmiş qərarı qəbul edirik. İki ölkənin mütəxəssisləri birlikdə qərarın nəticələrini müzakirə edirlər. Verilən qərara uyğun olaraq ya ixrac etdiyimiz təbii qazın həcmini artıracağıq, ya da nağd ödəniş həyata keçirəcəyik. Arxayın olun. Pulunuz bizdə qalmayacaq. İran neft naziri Bijen Namdar Zengene də Türkiyəyə gələcək. Problem tezliklə öz həllini tapacaq”, - deyə nazir müavini əlavə edib.
 
Xatırladaq ki, İrandan ildə 10 mlrd. kubmetr qaz alan Türkiyə bu ölkədən idxal etdiyi təbii qazın qiymətinin 35,5% faiz aşağı salınması ilə bağlı Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edib. Məhkəmə isə Türkiyənin İrandan idxal etdiyi təbii qazın qiymətinin 10-15% faiz aşağı salınması barədə qərar qəbul edib. 
 
Qeyd edək ki, Türkiyənin dövlət şirkəti BOTAŞ daha əvvəl də İrana qarşı qaldırdığı məhkəmə iddiasında 16,5%-lik endirim əldə etmiş və bunun nəticəsində 900 milyon dollardan çox vəsaitə qənaət etməyə nail olub.
 
Xatırladaq ki, İrandan ildə 10 mlrd. kubmetr qaz alan Türkiyə bu ölkədən idxal etdiyi təbii qazın qiymətinin 35,5% faiz aşağı salınması ilə bağlı Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edib. Məhkəmə isə Türkiyənin İrandan idxal etdiyi təbii qazın qiymətinin 10-15% faiz aşağı salınması barədə qərar qəbul edib. 
 
Qeyd edək ki, Türkiyənin dövlət şirkəti BOTAŞ daha əvvəl də İrana qarşı qaldırdığı məhkəmə iddiasında 16,5%-lik endirim əldə etmiş və bunun nəticəsində 900 milyon dollardan çox vəsaitə qənaət etməyə nail olmuşdu.

Şərhlər

Çox oxunanlar