Rusiyada azərbaycanlıların da iştirakı ilə aksiya keçirildi - VİDEO

13.02.2016 16:01     Dünyadan reaksiya     1055

Onlar gecə radələrinədək Miqrasiya Xidməti İdarəsinin qarşısında dayanıblar.

300-dən çox azərbaycanlı Yekaterinburqda Federal Miqrasiya Xidməti İdarəsinin qarşısında etiraz aksiyası keçiriblər.

ANS PRESS-in məlumatına görə, buna səbəb Azərbaycan vətəndaşların həmin idarədə qəbula düşə və müvəqqəti yaşayış üçün icazə ala bilməmələridir. Gecə saat 03:00-dək idarənin qarşısında növbə tutan 300 azərbaycanlıdan yalnız 10 nəfəri qəbula keçə bilib. 

Miqrantlar arasında qazaxlar da olub. 200-dən çox qazaxlardan isə yalnız 25 nəfərinə müvəqqəti yaşayış üçün icazə verilib. Bundan sonra əsəbləşən mühacirlər qışqıraraq "İnsanları ələ salırlar?! Məgər mühacirlər adam deyillər?! Hökumət hara baxır?" deyiblər.



Federal Miqrasiya Xidməti İdarəsinin qarşısında etiraz aksiyası


Ümumrusiya Azərbaycan konqresinin Ural regional dairəsi üzrə nümayəndə Şahin ŞıxlinskiFederal Miqrasiya Xidməti İdarəsinin qarşısında izdiham yaradanların azərbaycanlılar olmadığını dedi: 

"Orada cəmi 40 nəfər azərbaycanlı olub. Azərbaycanlıların qəbul vaxtı səhər saat 09:00-dan 11:00-dək olub. Amma taciklər gecədən oraya axışıblar. Həmin günü bir sıra ölkələrin nümayəndələri, daha çox isə taciklər orada izdiham yaradıblar. Ona görə azərbaycanlıların bir qismi müvəqqəti yaşayış üçün icazəni alsalar da, bəzilərinə bu, müvəffəq olmayıb. Ona görə həmin insanlar üçün martın 2-nə də görüş təyin olunub", - deyə Şahin Şıxlinski bildirdi.

"Fevralın 11-də Rusiyanın Yeketerinburq Vilayəti üzrə İdarələrarası komissiyası müvəqqəti yaşamaq üçün icazələrin verilməsinin bölüşdürülməsi kvotası üzrə ilk iclası keçirilib. Kvota 2015-ci ildə 4 000, 2016-ci ildə 3 500 nəfər təşkil edir", - deyə nazirliyin mətbuat katibi İrina Tuqujekova bildirib.

Müvəqqəti yaşamaq üçün icazənin verilməsi üzrə kvota Yeketerinburq Vilayəti üzrə Federal miqrasiya xidməti İdarəsinin binasında ayda iki dəfədən az olmayaraq keçiriləcək.

Şərhlər

Çox oxunanlar