Çinin ən zəngin insanından kasıblar üçün 10 QIZIL MƏSLƏHƏT: “Varlanmaq istəyirsinizsə...”
13.02.2016 17:35 Dünyadan reaksiya 1018
Çinin internetlə satış nəhəngi "Alibaba" şirkətinin təsisçisi və ölkəsinin ən zəngin adamı Cek Ma 10 məsləhətlə çıxış edib. Fins.az rus mətbuatına istinadən onun məsləhətlərini təqdim edir:
“Yoxsul insanları məmnun etmək çox çətindir. Onlara pulsuz nəsə versəniz bunun bir tələ olduğunu zənn edəcəklər.
Onlara bunun yalnız kiçik bir investisiya olduğunu söyləyin, onlar isə çox qazanmağın mümkün olmadığını söyləyəcəklər.
Onlara söyləyin ki, böyük sərmayə yatırsınlar, onlar isə buna pullarının olmadığını söyləyəcəklər.
Onlara söyləyin ki, yeni mövzular üzərində çalışsınlar, onlar isə yetərli təcrübəyə malik olmadıqlarını söyləyəcəklər.
Onlara bunun ənənəvi biznes olduğunu söyləyin, onlar isə bunun çox çətin olduğunu söyləyəcəklər.
Onlara bunun yeni biznes modeli olduğunu söyləyin, onlar isə bunun piramida olduğunu söyləyəcəklər.
Onlara söyləyin ki, yeni mağaza açsınlar, onlar isə müstəqilliyin olmadığını söyləyəcəklər.
Onları söyləyin ki , yeni biznesə başlasınlar, onlar isə yeni biznesin uğurlu olacağına dair sübutun olmadığını söyləyəcəklər.
Onların ortaq bir cəhəti var: Google-a sual verməyi, özləri kimi ümidsiz dostlarına tabe olmağı xoşlayırlar, onlar universitet professorundan da çox fikirləşirlər və kor insanın etdiyindən daha az nəsə edirlər.
Onlara sadəcə bir sual verin: Siz nə bacarırsınız? Onlar sizə cavab verməyəcəklər.
Gəldiyim nəticə: Ürəyinizin daha cəld döyünməsindənsə, nə üçün daha cəld hərəkət etməyəsiniz; fikirə getməkdənsə, nə üçün yalnız düşündüyünüzü həyata keçirməyəsiniz?
Kasıb insanlar bir ortaq cəhətə görə uğursuzluğa düçar olurlar: “Onların bütöv həyatı gözləntilərlə keçir”.
Turkustan.info
Şərhlər