Medvedev: "Əsəd siyasi proseslərdən kənarlaşdırılarsa, Suriyanı xaos bürüyəcək"

14.02.2016 11:23     Dünyadan reaksiya     1165

Rusiya Suriyada yerüstü əməliyyatların aparılmasını dəstəkləmir, çünki xarici quru kontingentin bu əməliyyatlarda iştirakı uzun sürət müharibəyə gətirib çıxaracaq.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın baş naziri Dmitri Medvedev "Euronews" telekanalına müsahibəsində bildirib.
 
"Mən bu yaxınlarda bu suala artıq bir dəfə cavab vermişəm və bir daha təkrar etmək istəyirəm. Heç kim yeni müharibədə maraqlı deyil. Quru əməliyyatları isə tam miqyaslı, uzun sürən müharibə deməkdir. Məsələyə bu yöndən yanaşmaq lazımdır", — deyə Medvedev qeyd edib.
 
Baş nazir bildirib ki, Moskva şəxsən prezident Əsədi deyil, "Suriya dövləti ilə dostluq münasibətləri"ni dəstəkləyir.
 
"Bizim mövqeyimiz sadəcə ondan ibarətdir ki, Suriyada Bəşər Əsəddən başqa legitim hakimiyyət yoxdur", — deyə Medvedev vurğulayıb.
O əlavə edib ki, əgər Əsəd ölkədə gedən siyasi proseslərdən kənarlaşdırılarsa, Suriya xaosa bürünəcək. O belə bir ssenarinin bundan əvvəl Liviyada baş verdiyini xatırladıb.

Şərhlər

Çox oxunanlar