Suriya ordusu Türkiyənin artilleriya qüvvələrinə cavab atəşi açıb
14.02.2016 12:31 Dünyadan reaksiya 1159
Suriya ordusu Latakiya əyalətinin şimalını atəşə tutan Türkiyə artilleriyasının mövqelərinə bir neçə yaylım atəşi açıb.
"Report" "LifeNews"a istinadən xəbər verir ki, Türkiyə Ruuysat kəndində geri çəkilməkdə olan terrorçularla mübarizə zamanı hökumət qüvvələrinə artilleriya zərbəsi endirib.
Türkiyə mətbuatı yerli artilleriya qüvvələrinin Hələb şəhərinin şimalında yerləşən Deyr-Camal şəhərini atəşə tutduğunu xəbər verib. Ankara bu addımın kürd özünümüdafiə qüvvələrinin uğur qazanmasına cavab olaraq atıldığını bəyan edib.
Şərhlər