TBMM-nin yeni sədri 258 səslə İsmət Yılmaz seçilib
01.07.2015 19:38 Dünyadan reaksiya 2062
Məclis sədrliyinə görə keçirilən IV tur səsvermədə ən yüksək səsi alan AKP namizədi İsmət Yılmaz yeni TBMM sədri seçilib. Sonuncu səsvermədə Yılmaz 258 səs toplayıb, CHP millət vəkili Dəniz Baykal 182 səs alıb.
TBMM sədri seçkilərinin dördüncü və sonuncu turunda AKP Millət vəkili İsmət Yılmaz seçilib. Yılmaz seçkidən sonra verdiyi açıqlamada vəzifəsində ədalətli olacağını ifadə edib və yeni konstitusiya ilə düşüncələrini dilə gətirib.
CHP-lilər MHP-lilərə alqışlarla etiraz ediblər
Nəticə açıqlanan kimi AKP – li millət vəkilləri ayağa durub İsmət Yılmazı alqışlarla təbrik ediblər. CHP sıralarından bəzi millət vəkilləri isə oturduqları yerdən MHP-lilərin oturduqları tərəfə çevrilərək MHP qrupunu alqışlarla etiraz ediblər.
Təşəkkür nitqindən sonra yeni TBMM sədri İsmət Yılmaz, AKP – li millətvəkillərinin ayaqüstü temp tutaraq alqışları arasında bütün partiya qruplarını gəzərək ön sırada oturan millət vəkillərinin əllərini sıxıb.
Qeyd edək ki, CHP, MHP və HDP - li millət vəkilləri Yılmazı alqışlamayıb və ayağa durmayıblar.
Şərhlər