Suriyada döyüşlər ikinci gündür ki davam edir - YPG-nin 2 silahlısı ölüb, 7 nəfər isə yaralanıb.
14.02.2016 15:43 Dünyadan reaksiya 1104
Türkiyə Silahlı Qüvvələri Suriyanın qərb ərazisindəki kürdlərin nəzarətində olan bölgəni ikinci dəfə vurub.
ANS PRESS-in məlumatına görə, bu barədə Suriya İnsan Haqları Araşdırma Təşkilatı məlumat yayıb. Bildirilir ki, Türkiyə Suriyanın kürdlər nəzarət edən bölgəsinə ikinci gün də toplardan atəş zərbələri endirib.
Təşkilat ağır altilleriyadan endirilən zərbələr nəticəsində PKK-nın Suriya qolu olan PYD, YPG-nin 2 silahlısının öldüyünü, 7 nəfərin isə yaralandığını açıqlayıb.
Reuters xəbər agentliyi isə toplardan atılan mərmilərin bir neçə gün əvvəl kürdlərin müxaliflərdən aldığı mövqelərə düşdüyünü yazıb. Suriyanın rəsmi qurumlarından isə hələlik heç bir açıqlama verilməyib.
Türkiyə ötən gün Suriya ərazisində PKK terror qruplaşmasının yerli bölməsi PYD-nin mövqelərini bombalamağa başlayıb. "Fırtına" özüyeriyən topları Azez qəsəbəsini top atəşinə tutub.
Türkiyənin baş naziri Əhməd Davudoğlu ölkənin Hərbi-Hava Qüvvələrinin YPG-nın Suriyadakı mövqelərinə zərbələr endirdiyini təsdiqləyib.
“Dünən və bu gün PKK-nın Suriya qanadı mülki obyektləri və mötədil müxalifətinin mövqelərini bombalamaqda davam edən Rusiya aviasiyasının dəstəyi ilə Azez şəhərinə hücum edib. Məsələ ilə bağlı mövqemiz tam aydındır. Əlavə edim ki, bu hücumlar zamanı sərhədlərimiz pozulub. Silahlı Qüvvələrimiz, hücuma məruz qalmış tərəf kimi, lazımi tədbirlər görürlər. Bizim Silahlı Qüvvələrimiz Azez rayonunda müəyyən hədəflərə cavab zərbəsi endiriblər.
Türkiyənın PYD və YPG terror təşkilatlarına ağır zərbələr endirməsi Amerika Birləşmiş Ştatlarını (ABŞ) da narahat etməyə başlayıb. ABŞ dövlət departamentinin rəsmisi Con Kirbi bəyan edib ki Vaşinqton, Hələb şəhərinin şimalında yaranmış vəziyyətdən xeyli narahatdır.
Şərhlər