Liviyada tonlarla yanacaq qaçıran azərbaycanlılar tutuldu (FOTO)

14.02.2016 20:16     Dünyadan reaksiya     978

Liviyada göyərtəsində Azərbaycan vətəndaşları olan 1.7 milyon litr qaçaq dizel yanacağı yüklənmiş “Captain Khayyam” tankeri saxlanılıb.
 
ANS PRESS-in məlumatına görə, Liviyanın sahil mühafizə qüvvələri tərəfindən saxlanılan tanker Tripoli limanındakı hərbi dəniz bazasına aparılıb.
 
 “Frans press” agentliyinin xəbərinə görə, tankerin 12 heyət üzvü də saxlanılıb.  Liviya sahil mühafizə qüvvələrinin nümayəndəsi Əbu Acil bildirib ki, heyət üzvləri Azərbaycan, Türkiyə və Ukrayna vətəndaşlarından ibarətdir.
 
“Patrul missiyası zamanı sahil mühafizə qüvvələri 1.66 milyon litr dizel yanacağı daşıyan tanker saxlanıldı” - Əbu Acil bildirib.
 
“Captain Khayyam” tankeri
 
“Captain Khayyam” tankeri
 
“Captain Khayyam” tankeri Sierra-Leone bayrağı altında üzür. Yedək tankeridir, bu gün fevralın 13-də Liviyanın Tripoli limanından yola çıxıb. Oradan Maltaya üzməliydi.
 
Tanker Türkiyənin “Saygi Denizcilik ve Elektrik” şirkətinə məxsusdur. Kapitan Xəyyam Məmmədov bu şirkətin gəmilərindən birində işləyib və 2012-ci ildə Albaniya sahillərində həlak olub. Saxlanılan tanker onun adını daşıyır.
 
Liviyadakı vətəndaş müharibəsindən
Liviyadakı vətəndaş müharibəsi
 
Liviya Afrikanın ən böyük neft ehtiyatlarına -48 milyard barel həcmində qiymətləndirilir - malik ölkədir. Ölkədə 2011-ci ildə başlayan etiraz aksiyaları, daha sonra silahlı qarşıdurmanın baş verməsinin ardından neft yataqlarının əksəriyyəti üsyançıların nəzarəti altına keçib.

Şərhlər

Çox oxunanlar