Azərbaycan-Gürcüstan sərhəddində silah səsləri eşidildi
15.02.2016 14:26 Dünyadan reaksiya 1084
Qaçaqmal gətirən şəxs "Kamaz"ı yüksək sürətlə hərbçilərimizin üstünə sürüb.
Dövlət Sərhəd Xidməti Gürcüstandan Azərbaycana külli miqdarda dərman gətirilməsinin qarşısı alınıb. Xidmətin mətbuat mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, Qazax rayonunun Babakər yüksəkliyi istiqamətində yerləşən sərhəd zastavasının xidməti sahəsindən Gürcüstandan Azərbaycan Respublikasına qaçaqmalın keçirilməsi barədə daxil olmuş məlumat əsasında ehtimal olunan ərazidə axtarış tədbirləri həyata keçirilib.
Bu tədbirlər nəticəsində saat 03:00 radələrində dövlət sərhəd xəttinin yaxınlığında dövlət nömrə nişanı 35 BH 057 olan “Kamaz” markalı nəqliyyat vasitəsinə 5-6 nəfər tərəfindən iri buynuzlu mal-qaranın və müxtəlif ölçülü bağlamaların yüklənməsi aşkar edilib.
Axtarış qrupu tərəfindən yaxalanarkən havanın qaranlıq və dumanlı olmasından istifadə edən sərhəd pozucuları qaçaqmalı hadisə yerində qoyaraq Gürcüstan istiqamətində geri qaçmağa müvəffəq olublar.
“Kamaz” markalı nəqliyyat vasitəsinin sürücüsü sərhədçilərin havaya xəbərdarlıq atəşinə məhəl qoymayıb. Avtomobili yüksək sürətlə hərbi qulluqçuların üzərinə sürərək onların həyat və sağlamlığı üçün ciddi təhlükə yaratmış və hadisə yerindən uzaqlaşmağa çalışıb.
Sərhədçilər tərəfindən məlumatlandırılmış DYP əməkdaşlarının saxlama tələbinə tabe olmayan nəqliyyat vasitəsinin sürücüsü qurulmuş maneəni vurub keçib. Avtomobilin yük yerindəki qaçaqmalı yerə salaraq onu təqib edənlər üçün maneə yaratmaqla qaçmağa cəhd göstəriblər.
Həyata keçirilmiş tədbirlər nəticəsində “Kamaz” markalı nəqliyyat vasitəsiAğstafa rayonunun Poylu kəndi ərazisində saxlanılıb. Avtomobilin sürücüsünün 1980-cı il təvəllüdlü, Qazax rayonu Daş Salahlı kənd sakini Süleymanov Samir Siyavuş oğlu olduğu müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində 6 baş at, 30 baş buzov və 12 bağlamada 90 adda 44 374 ədəd müxtəlif dərman pereparatlarından ibarət qaçaqmal aşkar edilib.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Şərhlər