İraq Kürd Muxtar Regionu yanvarda Ceyhan limanına 18 milyon barrel neft ixrac edib
15.02.2016 14:39 Dünyadan reaksiya 965
İraq Kürd Muxtar Regionu yanvarda Türkiyənin Ceyhan limanına gündəlik orta hesabla 600 min barrel olmaqla, ümumilikdə 18 milyon barrel neft ixrac edib.
AZƏRTAC xəbər verir ki, bu barədə İraq Kürd Muxtar Regionunun Təbii Ehtiyatlar Nazirliyinin rəsmi saytında məlumat verilir. Bildirilir ki, keçən ay muxtar regiondakı quyulardan 14 milyon barrel, Kərkükdəki yataqdan isə 4 milyon barrel xam neft hasil edilib.
Nazirliyin məlumatına görə, muxtar regiondan xam neft boru kəmərləri ilə ixracın həcmi gündəlik 600 min barrelə çatıb.
Qeyd edək ki, keçən ilin dekabrında da İraq Kürd Muxtar Regionundan Ceyhan limanına ümumilikdə 18 milyon barrel neft ixrac edilmişdi. Bunun 13 milyon barreli muxtar regiondakı quyulardan, 5 milyon barreli isə Kərkükdəki yataqdan hasil olunmuşdu.
Şərhlər