Rusiya Türkiyəni muzdlu döyüşçülərin Suriyaya keçməsinə yardım etməkdə günahlandırıb
15.02.2016 15:14 Dünyadan reaksiya 1111
"Türkiyə cihadçılar və muzdlu silahlıların qanunsuz yollaSuriya ərazisinə keçməsinə yardım etməkdə davam edir".
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir.
"Daxil olan məlumatlara əsasən, Türkiyə tərəfi yeni qrup cihadçılar və muzdlu silahlıların İŞİD, "Əl Nüsra" və digər terrorçu təşkilatların tərkibində döyüşmək üçün qanunsuz yollaSuriya ərazisinə keçməsinə yardım etməkdə davam edir. Yaralı döyüşçülər isə sərhəddən Türkiyəyə aparılır", - deyə bəyanatda qeyd olunub.
Şərhlər