Ankara universitetində çaxnaşma - VİDEO

15.02.2016 16:06     Dünyadan reaksiya     1259

Baş verən davadan sonra 11 nəfər həbs edilib.

Türkiyənin Ankara Universitetinin Cebeci tələbə şəhərciyində polislə şəhərciyə icazəsiz daxil olmağa çalışan 11 nəfər arasında çaxnaşma yaşanıb.

 
ANS PRESS-in məlumatına görə, 3-ü qadın olmaqla 11 nəfər şəhərciyə daxil olmaq istəyib. Təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq, sənədləri tələb edilsədə heç bir sənəd təqdim etməyən şəxslər üzərlərində axtarış aparamağa da imkan verməyiblər. Bundan sonra zorla içəri daxil olmağa çalışan şəxsləri çevik polis alayının əməkldaşları saxlamağa çalışıb. 
 
Baş verən davadan sonra 11 nəfər həbs edilərək, hüquq mühafizə orqanlarına təhvil verilib. Hadisənin məhz bu gün, Keniyada həbs edilən PKK terror təşkilatının lideri Abdullah Öcalanın həbs olunduğu günə təsadüf etməsi polis orqanlarını hərəkətə keçirib. Unveristetlərdə bir sıra bölgələrdə təhlükəsizlik tədbirləri görülüb.
 

Şərhlər

Çox oxunanlar