Davudoğlu: Rusiya Azərbaycanın ərazi bütövlüyünə təhlükə yaradır

15.02.2016 17:32     Dünyadan reaksiya     815

"Rusiya Ermənistana verdiyi dəstək səbəbindən Azərbaycanın ərazi bütövlüyünü faktiki olaraq təhdid edir".

Türkiyə KİV-i xəbər verir ki, bunu ölkənin baş naziri Əhməd Davudoğlu Ukraynada həmkarı Arseni Yatsenyukla keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu gün Rusiya Gürcüstan, Ukrayna və Suriyanın ərazi bütövlüyünü də təhdid etməkdədir.("Report")

Şərhlər

Çox oxunanlar