Rusiyadan Davudoğluna cavab “Rusiya Azərbaycanla dostluq”
15.02.2016 20:28 Dünyadan reaksiya 1035
Türkiyənin baş naziri Əhməd Davudoğlunun ukraynalı həmkarı Arseniy Yatsenyukla keçirdiyi mətbuat konfransında Rusiyanı ittiham etməsi növbəti müzakirələrə yol açıb.
Əhməd Davudoğlu açıqlamasında Rusiyanın Gürcüstan, Ukrayna, Suriyadan sonra Azərbaycanın ərazi bütövlüyünə də təhlükə yaratdığını bəyan edib.
“Yeni Rusiya siyasətinin konsepsiyası istilaçılıq və aqressivlikdir. Abxaziyada başlayan situasiya Krımda davam etdi. İndi 3 ölkə var ki, Rusiya onların ərazi bütövlüyün pozub: Gürcüstan, Suriya və Ukrayna. Ermənistana verdiyi dəstəkdən dolayı Azərbaycanın da ərazi bütövlüyü Rusiyanın təhdidi altındadır”,-deyə baş nazir bildirib.
Türkiyə hökumət başçısının dediklərinə Rusiyanın reaksiyası gecikməyib.
AzNews.az xəbər verir ki, Rusiyanın Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova haqqın.az-a açıqlamasında Əhməd Davudoğluna Osmanlı imperiyasının mövcud olmamasını xatırladıb.
“Davudoğlu anlamalıdır ki, Osmanlı imperiyası çoxdandır yoxdur. Regionda bir ölkənin diktəsi keçməyəcək. Çünki bu, müasir prinsiplərə uyğun deyil”.
Rusiya XİN təmsilçisi qeyd edib ki, Rusiya Azərbaycanla dostluq, əməkdaşlıq münasibətləri qurur və Türkiyə bu əlaqələrin zəifləməsini istəyir.
“Türkiyə bu əlaqələri korlaya bilməyəcək. Türkiyə yeni Osmanlı imperiyası rolunu oynamağa hazırlaşdı. Amma xatırlamalıdır ki, o vaxtlar bunu “Avropanın Xəstə insanı” adlandırıblar.
Şərhlər