Türk tank və topları hücuma keçdi - FOTOLAR

15.02.2016 21:54     Dünyadan reaksiya     1221

Türkiyə Minaak aviabazasının ətrafı bombardman edir.

Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriya ərazisini ağır silahlarla yenidən atəşə tutub. ANS PRESS-in məlumatına görə, TSQ Kilis qəsəbəsindən sərhəd yaxınlığındakı Hələb şəhərinə bağlı Azez qəsəbəsini "Fırtına" topları ilə bombardman edib.

Türkiyə ordusu tanklarla Minaak aviabazasının ətrafında yerləşən Telrıfat ve Şavarikat bölgelerine, "Fırtına" topları ilə Akçabağlar bölgəsindən bombardman edir.

Bu gün səhər saatlarında Rusiya döyüş təyyarələri Kilis qaəsəbəsinin qarşı tərəfində yerləşən Azez qəsəbəsinə hücum edib. Qadın, uşaq və doğum evi ilə məktəb həyətinə atılan bombalar nəticəsində 15 nəfər həyatını itirib, 50-sən artıq insan yaralanıb.

Yaralılardan 20-si Suriya ərazisindən Türkiyəyə gətirilərək xəstəxanaya yerləşdirilib. Yaralı və ölü sayının artacağı istisna edilmir.

Türkiyə milli müdafiə naziri İsmət Yılmaz bəyan edib ki, PYD/PKK terrorçuları tərəfindən edilən hücumlara cavab olaraq Türkiyə Silahlı Qüvvələri Azez qəsəbəsini bombalayır.

Şərhlər

Çox oxunanlar