Suriyada məktəb və xəstəxanalara endirilən zərbələr nəticəsində 50 nəfər ölüb

16.02.2016 09:52     Dünyadan reaksiya     895

Suriyada iki məktəb və beş xəstəxanaya endirilənhava zərbələri nəticəsində 50-yə yaxın dinc sakin həlak olub.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, bunu BMT baş katibinin nümayəndəsi Fərhan Haq bəyan edib.

 

Ölənlər arasında uşaqların da olduğu qeyd olunur. “Pan Qi Mun Suriyada tibb müəssisələri və məktəblərin atəşə tutulmasını beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirib”, deyə F.Haq bildirib.

 

ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi, öz növbəsində, hücumların Bəşər Əsəd rejimi və onun tərəfdaşları tərəfindən həyata keçirildiyini bildirib,  bu hərəkətlərin Münhen razılaşmalarına zidd olduğunu vurğulayıb. 

Şərhlər

Çox oxunanlar