İrandan növbəti XƏBƏRDARLIQ: "Türkiyə və Səudiyyə..."

16.02.2016 11:26     Dünyadan reaksiya     785

İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Hüseyn Cabir Ənsari Türkiyə və Səudiyyə Ərəbistanına xəbərdarlıq edib.

 

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, XİN rəsmisi bəyan edib ki, əgər Türkiyə və Səudiyyə Ərəbistanı Suriyaya hərbi qoşun yeridərsə, o zaman bu böhran daha da dərinləşəcək:

 

“İran tərəfi Suriya böhranının həll olunmamasının əsas səbəbini regional və beynəlxalq müdaxilələrdə görür. Əgər Suriyaya beynəlxalq müdaxilə olunmasaydı, o zaman bu böhran indiyədək həllini tapmış olacaqdı. Bu gün beynəlxalq birliyin Bəşər Əsəd hökumətindən kənar atdığı hər addım Suriya böhranını daha da dərinləşdirir. Bu həm də terrorçuların sərbəst fəaliyyətinə zəmin yaradır. İndiyədək Suriya böhranının həlli ilə bağlı Qərbin apardığı siyasət müsbət nəticə verməyib və bundan sonra da verməyəcək. Çünki hərbi müdaxilə yolverilməzdir. Bu gün regionun bir sıra ölkələri, xüsusilə də Türkiyə və Səudiyyə Ərəbistanı da Suriya ərazisinə hərbi müdaxiləyə can atır. Əgər bu ölkələr Suriya ərazisinə Bəşər Əsədin icazəsi olmadan qoşun yeridərsə, bu, böhranın daha da dərinləşməsinə gətirib çıxaracaq. Bunun üçün də Suriyaya hərbi müdaxilə yolverilməzdir”.

Şərhlər

Çox oxunanlar