İŞİD-in yeni cəbhəsi

02.07.2015 13:36     Dünyadan reaksiya     1973

İŞİD silahlı qruplaşması Qəzza bölgəsinin idarə edən HƏMAS hərəkatına iki sutkalıq ultimatum verərək, İŞİD tərəfdarlarının təqibini dayandırmağı tələb edib. 

Həmçinin ANS PRESS-in “Associated Press” istinadən verdiyi məlumata görə, İŞİD keçən həftə İsrailə qarşı gerçəkləşdirilmiş raket zərbəsinə görə də məsuliyyəti öz üzərinə götürüb. 2007-ci ildən Qəzza sektorunu idarə edən HAMAS daha radikal qruplaşma olan İŞİD-i özün təhlükə kimi görür. İŞİD-in Qəzza bölgəsində nə qədər tərəfdarının olduğu bildirilməsə də qruplaşma üzvləri HƏMAS-ı İsraillə mübarizədə daha sərt mövqe göstərməməkdə günahlandırırlar. 

Beləliklə, Sinay yarımadasında fəaliyyət göstərən "Ənsar Beyt əl-Makdis" qruplaşmasının döyüşçülərinin İŞİD-ə sədaqət andı içməsindən sonra HƏMAS-la yanaşı regionun iki dövləti - Misir və İsrail yeni müharibə təhlükəsi ilə üz-üzə qalıb. 

İndiyə kimi 100-ə yaxın mülki vətəndaşının İŞİD tərəfidən öldürüldüyünü bəyan edən Misir qrpulaşmaya qarşı sərt mübarizəyə başlayıb. Misir ordusundan verilən məlumata görə, indiyə kimi 90 nəfər İŞİD üzvü həlak olub, silahlı qüvvələr isə 17-ə yaxın əsgər və zabit itirib. 

Şərhlər

Çox oxunanlar