Neft hasilatı dondurulur

16.02.2016 18:05     Dünyadan reaksiya     1323

OPEC-ə daxil olan Səudiyyə Ərəbistanı, Qətər, Venesuela, eləcə də Rusiya neft hasilatını yanvar ayındakı həddə saxlamaq barədə qərar verib.
 
Qərar nazirlərin çərşənbə axşamı Dohada görüşü zamanı qəbul olunub.
Bu, son aylarda kəskin azalmış neft qiymətlərinin eniş dinamikasının qarsını almaq məqsədilə edilib.
 
2014-cü ilin iyununda orta hesabla 116 dollar olan neft qiyməti 70 faizə qədər enib.
 
Qiymətlərə təsir göstərən amillər arasında bazarda təklifin çoxluğu, az tələbat və narahat qlobal iqtisadi vəziyyət qeyd olunmaqdadır.
 
Brent markalı neftin qiyməti 5 faiz artaraq 33.51 dollar, ABŞ nefti isə 0.3 faiz artaraq 29.85 dollar olub.
Səudiyyənin Neft naziri Əli əl-Naimi neft hasilatının yanvar ayı səviyyəsində saxlanmasını bazara uyğun olan addım kimi səciyyələndirib.
 
"Qiymətlərdə dönüş gözləmirik, tələbata uyğunlaşmaq istəyirik. Biz stabil neft qiyməti istəyirik", Əli əl-Naimi bildirib.
 
Səudiyyə Ərəbistanı, Qətər, Venesuela və Rusiya nazirlərinin Dohada görüşü bağlı qapılar arxasında keçirilib.

Şərhlər

Çox oxunanlar