Ankarada partlayış - 28 ölü, 61 yaralı (YENİLƏNİB) - VİDEO
18.02.2016 10:28 Dünyadan reaksiya 1098
Türkiyənin paytaxtı Ankarada güclü partlayış baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə İnönü bulvarına yaxın Dikmən prospekti ilə Mərasim küçəsinin kəsişməsində hərbi maşınlar keçərkən baş verib.
Partlayış nəticəsində 5 nəfər ölüb, 10 nəfər yaralanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
***
Ankarada baş vermiş partlayışda 18 nəfər ölüb, 45 nəfər yaralanıb.
Məlumata görə, terrorçular hərbi maşınlar bomba quraşdırılmış avtomobilin yanından keçərkən bombanı partladıblar. Partlayışı PKK və İŞİD-in törətdiyi bildirilir.
***
Türkiyə səhiyyə naziri Mehmet Müezzinoğlu partlayış nəticəsində 24 nəfərin öldüyünü bildirib: "21 nəfər hadisə yerində, 3 nəfər isə xəstəxanada vəfat edib. 14 xəstəxanada 61 yaralı var".
***
Türkiyə baş nazirinin köməkçisi Numan Kurtulmuş bildirib ki, hadisə nəticəsində 28 nəfər ölüb, 61 nəfər xəsarət alıb.
Şərhlər