Terror zamanı zərərçəkənlər arasında azərbaycanlı olmayıb

18.02.2016 14:05     Dünyadan reaksiya     1139

Azərbaycanın Ankaradakı səfirliyindən açıqlama

Türkiyənin paytaxtı Ankarada baş verən terror hadisəsi nəticəsində ölən və yaralananlar arasında azərbaycanlı olmayıb.

Bu barədə ANS PRESS-ə Türkiyə Səhiyyə Nazirliyindən  məlumat verilib. Eyni zamanda informasiyanı Azərbaycanın Ankaradakı səfirliyi də təsdiqləyib.  Fevralın 17-si Ankarada baş verən terror aktı nəticəsində 28 nəfər həlak olub, 61 nəfər yaralanıb.

Güclü partlayış hərbi şəhərcik yaxınlığında baş verib. Hadisədən dərhal sonra açıqlama verən Ankara valisi Mehmet Kılıçlar bildirib ki, partlayış hərbi maşın karvanında baş verib. "Partlayışın avtomobilə yerləşdirilmiş bombanın işə salınması nəticəsində baş verdiyi ehtimal edilir", - deyə Mehmet Kılıçlar bildirib.

Partladılan maşın
Partladılan maşın

Hadisə ilə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana planlaşdırılan səfərini təxirə salıb. Eyni zamanda terror hücumu ilə bağlı baş nazir Əhməd Davudoğlu Brüsselə səfərini təxirə salıb. O burada miqrantlar problemini müzakirə etməli idi.

"Reuters"ə açıqlama verən yüksək vəzifəli Türkiyə rəsmisi bildirib ki, terror hücumlarını PKK törədib. Bununla belə Türkiyənin cənub-şərqindəki təhlükəsizlik rəsmiləri terrorun İŞİD tərəfindən törədildiyini ehtimal edirlər.

Partlayış Türkiyə Böyük Millət Məclisindən və Daxili İşlər Nazirliyinin 200 metr aralığında baş verib. Həmin ərazidə bir sıra strateji obyektlər yerləşir.

 

Şərhlər

Çox oxunanlar