Ərdoğan: “Ankara terroruna görə 14 nəfər tutulub”

18.02.2016 15:35     Dünyadan reaksiya     906

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ankaradakı terror aktına görə 14 nəfərin saxlanıldığını deyib. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, dövlət başçısı əməliyyatın davam etdiyini də vurğulayıb.

  Ərdoğan bildirib ki, terroru PKK-nın Suriya qanadı olan PYD-nin törətdiyi təsdiqlənib.   Bundan bir qədər əvvəl isə baş nazir Əhməd Davudoğlu partlayışla əlaqəsi olan 9 nəfərin tutulduğunu demişdi.   Ötən gün Ankaranın mərkəzində törədilən kamikadze hücumu zamanı 28 nəfər həlak olmuş, 61 nəfər isə xəsarət almışdı. 

Şərhlər

Çox oxunanlar