Türkiyə İraqda PKK-nı vurdu: - 70 ölü

18.02.2016 15:58     Dünyadan reaksiya     889

Türkiyə Silahlı Qüvvələrinə məxsus qırıcılar PKK terror təşkilatının İraqdakı mövqelərini bombardman edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Hafta bölgəsinə edilən hücum 1 saat davam edib. Hadisə zamanı 70-ə yaxın terrorçu öldürülüb. Türkiyə Silahlı Qüvvələrindən verilən məlumata görə, ölənlər arasında PKK liderləri də var. Qeyd edək ki, Ankarada dünən axşam baş vermiş və 28 nəfərin ölümünə səbəb olan terror aktını kürd əsilli Suriya vətəndaşının törətdiyi məlum olub.

Şərhlər

Çox oxunanlar