"Paramparça"nın aktyoru donuz qripi olduğunu təsdiqlədi

18.02.2016 16:25     Dünyadan reaksiya     995

"Paramparça" serialının aktyoru Barış Falay donuz qripinə yoluxduğunu təsdiqləyib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bir neçə gün əvvəl xəstəxanaya aparılan aktyorun ilkin müayinədən sonra donuz qripi olduğu deyilmişdi.

Bir müddət çəkilişlərə qatıla bilməyən Barış artıq xəstəxanadan çıxıb. O, yaxşı olması barədə məlumatı Tvitterdəki hesabında verib:

"8 gün donuz qripi olduğum doğrudur. Müalicə olundum. Hazırda yaxşıyam, işimin başına döndüm, maraqlanan hər kəsə təşəkkürlər".

Şərhlər

Çox oxunanlar