Rusiya Prezident Administrasiyasında - TERROR TƏŞVİŞİ

19.02.2016 10:52     Dünyadan reaksiya     950

Rusiya Prezident Administrasiyasının binası partlayış təhlükəsi ilə əlaqədar yoxlanılır.

Teleqraf.com-un xəbərinə görə, bu barədə "İnterfaks" agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər yayıb.   Mənbənin məlumatına görə, Prezident Administrasiyasının Köhnə meydan, ev 4 ünvanında yerləşən binasında partlayış ola biləcəyi barədə məlumat daxil olub.    Çağırış yerinə Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları və şəhərin müvafiq qurumlarının işçiləri gəliblər, yoxlama aparılır.   "İnterfaks" məsələ ilə bağlı rəsmi qurumlardan məlumat ala bilməyib. Lakin agentliyin hadisə yerində olan əməkdaşı bidirib ki, göstərilən ünvanda müxtəlif xidmətlərin xeyli maşını var.

Şərhlər

Çox oxunanlar