Başına dəmir girsə də, sağ qaldı
19.02.2016 14:15 Dünyadan reaksiya 1140
Tikinti meydançalarından birində başına dəmir parçası girən fəhlə möcüzə sayəsində sağ qalıb.
Məhəmməd Quddu Hindistanın Mumbay şəhərindəki inşaat fəhləsidir. O, sement qarışdıranda yuxarıdan onun başına dəmir parçası düşüb.
2 metr uzunluğundakı dəmir kəsiyi Məhəmmədin başına girib, amma fəhlə sağ qalıb.
Malad rayonundakı bu insidentdən dərhal sonra 24 yaşlı Məhəmməd xəstəxanaya aparılıb. Həkimlər onun başını dəlmiş dəmir parçasını çıxarıblar.
(Milli.az)
Şərhlər