Türkiyədə hərbçilərin binası çökdü - 12 nəfər dağıntı altında qaldı

19.02.2016 15:22     Dünyadan reaksiya     940

Türkiyənin Diyarbəkir vilayətində içərisində hərbçilərin olduğu köhnə bina çöküb.


AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, onların Xüsusi Qüvvələr Komandanlığının hərbiçiləri olduğu bildirilir. Məlumata görə, çökmə zamanı binada 12 nəfər olub. Onlardan 9 nəfərini xilas etmək mümkün olub. 3 nəfərin isə axtarışları davam edir. 
Qeyd edək ki, binanın çökmə səbəbi hələki müəyyən edilməyib.

Şərhlər

Çox oxunanlar