Həbsxananın kanalizasiyasında 100-ə yaxın insan cəsədi tapıldı

19.02.2016 15:48     Dünyadan reaksiya     1025

Kolumbiyanın paytaxtı Boqotada yerləşən ən böyük La Modelo həbsxanasının kanalizasiya sistemində ən azı 100 insanın cəsədinin qalıqları aşkar edilib.

AZƏRTAC CNN-ə istinadla xəbər verir ki, hüquq-mühafizə orqanları qətl hadisələrinin aylar öncə baş verdiyini deyirlər. Ehtimal edilir ki, belə hallar ölkənin digər şəhərlərindəki həbsxanalarda da baş verib.

Prokuror Katerina Heyk Puyana qeyd edib ki, cəsədlər məhkumlara, ziyarətçilərə və həbsxanaya aidiyyəti olmayan şəxslərə aiddir. Onların doğranmış cəsədləri kanalizasiya borularına doldurulub. Cəsədlərin kimliyini müəyyən etməyin mümkün olmadığı bildirilir.

Şərhlər

Çox oxunanlar