Türkiyədə 500 kiloqram bomba ələ keçirildi - FOTO

19.02.2016 17:02     Dünyadan reaksiya     966

Türkiyənin Diyarbəkir vilayətində polislər hücum hazırlığında olan bomba yüklü avtomobili ələ keçirib.
 
Musavat.com xəbər verir ki, polislər Diyarbəkirin Diclə bölgəsinin girişində şübhələndikləri bir avtomobili saxlayıb.
 
Məlumata görə, polis işçilərinin xüsusi diqqətlə incələdiyi avtomobildən 500 kiloqram bomba ələ keçirilib.
 
Qanlı hücum planı üçün hazırlanmış bombalı avtomobildə olan iki nəfər də həbs olunub.
 
Son məlumatlara görə, hadisə ilə bağlı araşdırma davam edir.
 
 
 
 
 


Şərhlər

Çox oxunanlar